Volodimir Zelenski – Ümumi nəticələr əldə etsək, Donald Trampla görüşün tarixi olmaq potensialı var
Ukrayna prezidenti Volodimir Zelenski Vatikanda Donald Trampla görüşünün tarixi olma potensialına malik olduğunu bildirir. Bu barədə o, X sosial şəbəkəsində yazıb.
Tramp və Zelenski arasında təxminən 15 dəqiqəlik görüş Papanın dəfn mərasimindən əvvəl Müqəddəs Pyotr Bazilikasında baş tutub.
“Yaxşı görüş oldu. Biz üzbəüz çox şeyi müzakirə etdik. Ümid edirəm ki, toxunduğumuz hər şeylə bağlı nəticə olacaq. Xalqımızın həyatını qorumaq, tam və qeyd-şərtsiz atəşkəs. Etibarlı və davamlı sülh, növbəti müharibənin başlanmasının qarşısını alacaq. Bu, ümumi nəticələri əldə etsək, tarixi olmaq potensialına malik olan çox simvolik görüş oldu. Təşəkkür edirəm”, – Volodimir Zelenski yazır.