Volodimir Zelenski Ukraynanın mayın 10-da "İstəklilər Koalisiyası" liderlərinin görüşünə ev sahibliyi edəcəyini bildirir
Volodimir Zelenski Ukraynanın mayın 10-da "İstəklilər Koalisiyası" liderlərinin görüşünə ev sahibliyi edəcəyini bildirir

Ukrayna sabah “İstəklilər Koalisiyası” liderlərinin görüşünə ev sahibliyi edəcək. Bu barədə “Reuters” agentliyi Ukrayna prezidenti Volodimir Zelenskiyə istinadən məlumat yayır.

“Bizim bu koalisiyaya ehtiyacımız var və o, bizim ümumi baxışımıza uyğun olaraq təhlükəsizliyi təmin edəcək qədər güclü olmalıdır”, – deyə Zelenski bildirib.

Ukrayna müttəfiqlərindən ölkəni Rusiyanın gələcək hər hansı hərbi təcavüzündən qorumaq üçün aydın təhlükəsizlik təminatları tələb edir. Koalisiya mümkün təminatlar çərçivəsində Ukraynada məhdud xarici kontingentin yerləşdirilməsi imkanını nəzərdən keçirir.