Volodimir Zelenski Ukraynanın əraziləri tam işğaldan azad olunmayana qədər Rusiya ilə danışıqların mümkün olmadığını bildirib
Ukrayna prezidenti Volodimir Zelenski Ukraynanın əraziləri tam işğaldan azad olunmayana qədər Rusiya ilə danışıqların mümkün olmadığını bildirib. Bu barədə Ukrayna prezidenti “CNN” nəşrinə müsahibəsində bildirib.
“Heç bir sanksiyalar ləğv edilə bilməz. Rusiya buranı tərk edənə qədər onunla heç nə müzakirə edə bilmərik. Müharibədən sonra bəli, müəyyən sanksiyaların götürülməsindən, təzminatlardan, onlar tərəfdən ödənişlərdən, diplomatiyadan danışmaq olar. Biz istənilən ölkənin liderini, istənilən beynəlxalq qurumu belə danışıqlara cəlb edə bilərik, lakin Rusiya bütün ərazilərimizi azad etdikdən sonra”- deyə Zelenski bildirib.
O , Ukraynanın de-okupasiyası olmadan danışıqlar aparmağın mənasının olmadığını bildirib , çünki Rusiya geri dönəcək və eyni şeyi təkrar edəcək.
“Məqsədimiz bütün ərazimizi işğaldan azad etməkdir. Əsas məqsəd işğalı aradan qaldırmaqdır. Rusiyanın 2014-cü ildən bəri etdiyi işğalı davam etdirməsinə icazə verə bilmərik. Onlar münaqişəni dondurmaq, razılaşmalar, danışıqlar yolunu tutacaqlar və yenidən güclənib irəliləməyə başlayacaqlar və ya müəyyən şərtlər irəli sürəcəklər. Ekstremal şərtlər və bizə deyəcəklər ki, ya əməl edəcəyik, ya da işğalı davam etdirəcəyik. Bu, onların strategiyasıdır, səninlə nahar edirlər, səni az-az yeyirlər. Mən buna rus kannibalizmi deyirəm. Mən bu oyunda iştirak etmək istəmirəm, xoşuma gəlmir” – deyə Zelenski bildirib.
Bununla yanaşı, prezident Ukraynanın əks-hücumları ilə bağlı bütün təfərrüatları açıqlaya bilməyəcəyini, lakin Ukraynanın dayanmayacağını və yavaş-yavaş, addım-addım irəliləməyə davam edəcəyini bildirib.