Volodimir Zelenski - Ukraynadakı müharibənin başa çatması üçün 20 maddəlik plan 90 faiz hazırdır
Ukraynadakı müharibənin başa çatması üçün 20 bəndlik plan 90 faiz hazırdır, – bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
Ukrayna prezidentinin dediyinə görə, o, bu həftə ABŞ prezidenti Donald Trampla görüşə bilər. Zelenski qeyd edib ki, Ukrayna nümayəndə heyətinin ABŞ-a səfəri zamanı geniş spektrli məsələlər müzakirə olunacaq.
“Bizim vəzifəmiz hər şeyin 100 faiz hazır olmasını təmin etməkdir. Bu, asan deyil və heç kim demir ki, bu, dərhal 100 faiz hazır olacaq, amma yenə də hər görüşdə və hər söhbətdə istədiyimiz nəticəyə nail olmalıyıq. Xüsusilə sənədləri müzakirə edəcəyik. Təhlükəsizlik təminatları – bu blokda bir neçə sənəd var və onların hamısını müzakirə etmək üçün yol tapmaq arzuolunandır. Sonra, iqtisadi razılaşma – bu mərhələdə orada əsas dəyişikliklər var, amma bir neçə razılaşma da ola bilər. Hər hansı bir şeyin tam yerinə yetiriləcəyini deyə bilmirəm. Bu görüş xüsusi olaraq bunun üçün təşkil olunub ki, bütün bunları mümkün qədər yekunlaşdıraq”, – deyə Volodimir Zelenski bildirib.