Volodimir Zelenski - Ukraynada son həftələrdə aparılan anti-korrupsiya istintaqları və korrupsiya qalmaqalları sülh danışıqlarına təsir göstərir
Volodimir Zelenski - Ukraynada son həftələrdə aparılan anti-korrupsiya istintaqları və korrupsiya qalmaqalları sülh danışıqlarına təsir göstərir

Korrupsiya qalmaqalları və Ukraynada son həftələr ərzində aparılan anti-korrupsiya istintaqları sülh danışıqlarına təsir göstərir, – bu barədə Ukrayna prezidenti Volodimir Zelenski Fransa prezidenti Emmanuel Makron ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında bəyan edib.

Korrupsiya qalmaqallarının təsiri ilə bağlı suala Zelenski “danışıqlar prosesinə hər şey, hər bir şərait və hər bir şəxs təsir edir” deyə cavab verib. Lakin Ukrayna prezidenti bu bəyanatla kimin nəzərdə tutulduğunu dəqiqləşdirməyib.

Bununla yana, Volodimir Zelenski qeyd edib ki, o, yalnız “Ukraynanın gücləndirilməsinə yönəlmiş” qərarlar qəbul etməyə davam edəcək.