Volodimir Zelenski - Ukrayna və Bolqarıstan qaz dəhlizinin yaradılması üzərində işləyirlər
Volodimir Zelenski - Ukrayna və Bolqarıstan qaz dəhlizinin yaradılması üzərində işləyirlər

Ukrayna və Bolqarıstan qaz dəhlizinin yaradılması üzərində işləyirlər. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Zelenskinin sözlərinə görə, dəhliz vasitəsilə ildə 10 milyard kubmetr qazın alınması mümkün olacaq.

“Ümid edirik ki, bu dəhliz ilin sonuna qədər texniki cəhətdən tamamlanacaq. Bu dəhliz vasitəsilə Ukrayna ildə təxminən 10 milyard kubmetr qaz ala bilər. Bu, bizim üçün enerji təhlükəsizliyinin təminatının bir formasıdır”, – deyə Zelenski qeyd edib.