Volodimir Zelenski - Ukrayna silahlı qüvvələri Rusiyanın "kölgə donanmasına" məxsus iki tankeri məhv edib
Volodimir Zelenski - Ukrayna silahlı qüvvələri Rusiyanın "kölgə donanmasına" məxsus iki tankeri məhv edib

Ukrayna silahlı qüvvələri Rusiyanın “kölgə donanmasına” məxsus iki tankeri məhv edib, – bu barədə Ukrayna prezidenti bildirir.

Volodimir Zelenski sosial şəbəkədə Krasnodar diyarındakı Novorossiysk limanı yaxınlığında Rusiya “kölgə donanması”nın iki gəmisinə hücumu əks etdirən video paylaşıb.

Zelenskinin bildirdiyinə görə, sözügedən tankerlərdən neft daşınması üçün fəal şəkildə istifadə olunurdu.

“Qoşunlarımız Rusiyanın kölgə donanmasına qarşı sanksiyaları tətbiq etməyə davam edir. Novorossiysk limanının girişində iki belə gəmini məhv etdik. Bu tankerlərdən neft daşınması üçün fəal şəkildə istifadə olunurdu. İndi onlardan artıq istifadə etmək mümkün deyil”, – Ukrayna Prezidenti yazır.

Zelenskinin sözlərinə görə, əməliyyata Ukrayna Baş Qərargah rəisi Andrey Qnatov rəhbərlik edirdi.