Volodimir Zelenski – Ukrayna bayrağı qanuni olaraq qaldırılmalı olduğu yerdə, müvəqqəti işğal edilmiş bütün şəhər və qəsəbələrdə yenidən dalğalanacaq
Volodimir Zelenski Xerson və Enerqodarda Ukrayna bayrağının yenidən dalğalanacağını bildirib. Bu barədə Ukrayna prezidenti Kiyevdə Ukrayna Dövlət Bayrağı Gününə həsr olunmuş tədbirdə bildirib.
O, Ukrayna bayrağının müvəqqəti işğal olunmuş bütün ərazilərə qayıdacağını bildirib.
“Biz torpağımızda və səmamızda başqalarının rənglərini heç vaxt tanımırıq. Mavi və sarı rəngli Ukrayna bayrağı qanuni olaraq qaldırılmalı olduğu yerdə – müvəqqəti işğal olunmuş bütün şəhər və qəsəbələrdə, o cümlədən Melitopolda, Azadlıq meydanında yenidən dalğalanacaq, bu müharibədə uduzanların bayraqları orada dalğalana bilməz. Xersonda, Azadlıq meydanında, azadlığın nə demək olduğunu bilməyənlərin bayraqları ola bilməz. Hər yerdə mavi-sarı rəngli bayraq olacaq” – deyə Zelenski bildirib.
Ukrayna prezidenti həmçinin, yaxın vaxtlarda Rusiyanın ilhaq etdiyi Krımda Ukraynanın dövlət bayrağının qaldırılacağına əmindir.
Zelenski çıxışı zamanı Ukrayna bayrağını qorumaq üçün canlarını fəda edənləri bir dəqiqəlik sükutla yad edib.