Volodimir Zelenski - Ukrayna Avropa İttifaqında olacaq – Orbanla birlikdə və ya onsuz
Ukrayna Prezidentinin, Volodimir Zelenskinin sözlərinə görə, Ukrayna Avropa İttifaqının üzvü olacaq – Orbanla birlikdə və ya onsuz. Bu barədə Ukrayna Prezidenti bu gün Kiyevdə, Niderlandın Baş naziri Dik Sxofla birgə mətbuat konfransında bəyanat verib.
Zelenskinin dediyinə görə, o, Macarıstan xalqının hər halda Ukraynanı dəstəklədiyinə əmindir.
“Ukrayna Avropa İttifaqının üzvü olacaq – Orbanla və ya onsuz, çünki bu, Ukrayna xalqının seçimidir”, – Zelenski bildirib.
O, həmçinin Avropa İttifaqına üzvlük prosedurunun dəyişdirilməsi ehtimalı barədə də şərh verdi. Bu dəyişiklikə əsasən, Avropa İttifaqının genişlənməsi üçün yekdil qərar tələb olunmaya bilər.
“Prosedurun dəyişdirilməsi – bu, Macarıstan olmadan bunun necə həyata keçiriləcəyinə yol tapmaq deməkdir, çünki Macarıstandan başqa bütün ölkələr Ukraynanı dəstəkləyir və bunun zəruri olduğunu başa düşürlər”, – Zelenski bildirib.
Onun bildirdiyinə görə, Ukrayna Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar prosesində ilk klasterin açılması üçün bütün texniki prosedurları yerinə yetirib.