Volodimir Zelenski – Ukrayna Avropa Ittifaqına üzvlük danışıqları prosesində ilk klasterləri açmağa hazırdır, hərçənd, Avropanın özündə siyasi qərar lazımdır
Ukrayna Avropa İttifaqı ilə üzvlük danışıqları prosesində ilk klasterləri açmağa hazırdır, hərçənd, Avropanın özündə siyasi qərar lazımdır. Bu barədə Ukrayna prezidenti Prağada Çexiyanın baş naziri Petr Fiala ilə keçirdiyi mətbuat konfransında bildirib.
Zelenski Çexiyanın Ukraynanın Avropa İttifaqına üzv olmasını dəstəklədiyini bildirib və ölkənin faktiki olaraq danışıqların ilk mərhələlərini keçdiyini qeyd edib.
“Biz yaxın gələcəkdə danışıqlarda ilk klasterləri açmağa hazırıq, Avropanın özündə siyasi qərara ehtiyac var. Bu qərarı bütün Avropanı manipulyasiya etməyə çalışan biri yox, Avropa özü verməlidir”, – Zelenski qeyd edib.
Ukrayna mediasının yazdığına görə, Zelenski, ehtimal ki, Macarıstanın Ukraynanın Avropa İttifaqına daxil olması üçün danışıqların başlanmasına mane olması ilə bağlı mövqeyini nəzərdə tuturdu.
Xatırladaq ki, Macarıstanın xarici işlər naziri Piter Siyarto bildirib ki, Zelenski bu fikrə alışmalıdır ki, “hər bir macarın Ukraynanın Avropa İttifaqına sürətlə üzv olmasına dair məsələdə öz fikrini bildirmək hüququ var”.