Volodimir Zelenski – Trampla Vatikanda ən qısa, ama ən məzmunlu görüş oldu
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampla üzbəüz söhbətinin liderlərin indiyə qədər keçirdiyi ən yaxşı söhbət olduğunu bildirib.
Bu barədə Volodimir Zelenski jurnalistlərə müsahibəsində bildirib..
“Bu, bəlkə də ən qısa, lakin ən məzmunlu görüş idi. Komandalarımıza hörmətlə yanaşaraq, düşünürəm ki, təkbətək format işə yaradı. Söhbət üçün uyğun atmosferimiz var idi”, – Volodimir Zelenski bildirib.
Ukrayna prezidentinin fikrincə, Vatikanda keçirilən görüşdən sonra Donald Tramp müəyyən məsələləri başqa cür anlamağa başlayıb. Zelenski Trampla söhbəti zamanı Rusiyaya qarşı sanksiyalar məsələsini qaldırdığını da qeyd edib.
“Mən təfərrüatlara girməyəcəyəm, amma onun mənə dedikləri çox güclü səslənirdi”, – Volodimir Zelenski bildirib.