Volodimir Zelenski - „Tomahawklar“la bağlı Prezident Tramp „yox“ deməyib, və bu yaxşıdır, amma „bəli“ də deməyib
Volodimir Zelenski - „Tomahawklar“la bağlı Prezident Tramp „yox“ deməyib, və bu yaxşıdır, amma „bəli“ də deməyib

Yaxşıdır ki, „Tomahawklar“la bağlı Prezident Tramp „yox“ deməyib, amma „bəli“ də deməyib, – bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski, kanalın yayımladığı fraqmentdə, “NBC News” ilə müsahibəsində bildirib.

Zelenski raketlərlə bağlı dialoqun davam edəcəyinə ümid etdiyini deyib.

Ukrayna lideri qeyd edib ki, “Tomahawk” raketləri ilə silahlanmış Ukrayna qoşunu Vladimir Putin üçün real təhlükə yaradır.

“Məncə, Putin ABŞ-ın bizə “Tomahawk” verəcəyindən qorxur və məncə, o, həqiqətən də onlardan istifadə edəcəyimizdən qorxur”, – Volodimir Zelenski bildirib.

Volodimir Zelenskinin tam müsahibəsi 18 oktyabrda yayımlanacaq.