Volodimir Zelenski – Təcavüzkara təzyiq olmadan sülh mümkün deyil, danışıqlar heç vaxt ballistik raketləri və hava bombalarını dayandırmayıb

14:56, 13.04.2025

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Sumı şəhərinə ballistik raketlərlə hücumundan sonra ABŞ və Avropanı sərt reaksiya verməyə çağırıb.

Volodimir Zelenskinin bildirdiyinə görə, Rusiyanın Sumıyə ballistik raketlərlə həyata keçirdiyi hücumu nəticəsində onlarla mülki şəxs həlak olub və yaralananıb.

“Belə ancaq əclaf davrana bilər, sadə insanların həyatına son verə bilər. Onların yaxınlarına başsağlığı verirəm. Hazırda xilasetmə əməliyyatı davam edir. Bütün lazımi xidmət işləyir. Dünyanın sərt reaksiyasına ehtiyac var. ABŞ, Avropa – dünyada bu müharibəyə və qətllərə son qoymaq istəyən hər kəsin”, – Ukrayna prezidenti qeyd edib.

Bununla yanaşı, Zelenskinin sözlərinə görə, Rusiya müharibəni uzatmaq istəyir.

“Təcavüzkara təzyiq olmadan sülh mümkün deyil. Danışıqlar heç vaxt ballistik raketləri və hava bombalarını dayandırmayıb. Biz Rusiyaya bir terrorçunun layiq olduğu kimi davranmalıyıq”, – Volodimir Zelenski qeyd edib.

Məlumat üçün bildirək ki, Ukrayna hakimiyyətinin məlumatına görə, Rusiya Sumı şəhərinə raket zərbəsi endirib. Ən azı 20 nəfər həlak olub. Bu barədə şəhər meri vəzifəsini icra edən Artem Kobzar məlumat yayır. Onun söylədiyinə görə, ölənlərin əksəriyyəti mülki şəxsdir. Yerli hökumət bildirir ki, Rusiya hücum zamanı iki ballistik raketdən istifadə edib.

Oxşar