Volodimir Zelenski - sülh danışıqlarında ən çətin ərazi məsələsidir
Volodimir Zelenski - sülh danışıqlarında ən çətin ərazi məsələsidir

Ukrayna prezidenti bildirir ki, sülh danışıqlarında ən çətin məsələ ərazi məsələsidir. Bu barədə Volodimir Zelenski Fransa prezidenti ilə görüşündən sonra keçirdiyi birgə mətbuat konfransında bildirib.

Zelenskinin dediyinə görə, Ukrayna üzrə sülh planı kontekstində üç məsələ mübahisəlidir və ABŞ-ın təklif etdiyi planın müzakirəsi hələ tamamlanmamış prosesdir.

“Sizə səmimi deyim ki, ərazilər məsələsi ən çətindir. Yenidənqurma işlərinin maliyyələşdirilməsi məsələsi, məncə, avropalı tərəfdaşların iştirakı olmadan çətindir, çünki pul Avropadadır. Mən bunun çox ədalətli olduğunu düşünmürəm. Təhlükəsizlik zəmanətləri məsələsi isə çox vacibdir. Xüsusilə, ABŞ və Avropadan”, – Zelenski deyib.

Zelenski həmçinin qeyd edib ki, Ukraynanın sülh danışıqlarında prioritetləri onun suverenliyini qorumaq və güclü təhlükəsizlik təminatları verməkdir. Ukrayna lideri ölkənin müttəfiqlərini Rusiyanın başladığı müharibəyə görə mükafatlandırılmamasını təmin etməyə çağırıb. O, həmçinin Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffun Rusiyaya səfərindən sonra ABŞ prezidenti Donald Trampla danışıqlar aparmağa ümid etdiyini bildirib.