Volodimir Zelenski Slovakiyanın müxalifət lideri Mixal Şimeçka ilə görüşdü
Ukrayna prezidenti Volodimir Zelenski Kiyevdə Slovakiyanın ən iri müxalifət partiyasının “Proqressiv Slovakiya”nın lideri Mixal Şimeçkanı qəbul etdi.
Ukrayna mediasının məlumatına görə, görüş zamanı Zelenski və Şimeçka ikitərəfli münasibətlər və enerji təhlükəsizliyi məsələlərini müzakirə etdilər.
Xalqımız üçün etdiyiniz hər şey, münasibətiniz, suverenliyimizi, xalqımızı dəstəklədiyiniz üçün minnətdarlığınız bizim üçün çox vacibdir.
Sizin səfəriniz suverenliyimizi, müstəqilliyimizi dəstəkləməyə davam edəcəyinizi göstərən siqnaldır”, – Zelenski qeyd etdi.
Zelenskinin söylədiyinə görə, Ukrayna üçün Slovak xalqından Avropa İttifaqı və NATO yolunda ukraynalıları dəstəkləyəcəkləri barədə siqnal eşitməsi vacibdir, çünki bu, əsas məsələdir.
Zelenski həmçinin qeyd etdi ki, Slovakiyanın baş naziri Robert Fitso danışıqlar üçün Ukraynaya dəvət edilmişdi, lakin onun əvəzinə Ukrayna paytaxtına başqa lider gəldi.
Slovakiyanın müxalif siyasətçilərindən ibarət nümayəndə heyətinin Kiyevlə Slovakiyanın baş naziri Robert Fitso arasında kəskin qarşıdurma fonunda Kiyevə gəldiyi daha əvvəl məlum oldu. Məlumat üçün bildirək ki, Slovakiyanın qərbyönlü müxalifət partiyaları yaxın gələcəkdə Fitso hökumətinə etimadsızlıq bildirmək niyətindədirlər.