Volodimir Zelenski – şər bu cür miqyas alarkən səssiz qalmaq şəriklik səviyyəsinə yaxınlaşır, əgər Rusiya vətəndaşlığınız varsa və səssiz qalırsınızsa , bu o deməkdir ki, siz onu dəstəkləyirsiniz
Şər bu cür miqyas alarkən səssiz qalmaq şəriklik səviyyəsinə yaxınlaşır, əgər Rusiya vətəndaşlığınız varsa və səssiz qalırsınızsa , bu o deməkdir ki, siz onu dəstəkləyirsiniz -bu barədə Ukrayna prezidenti Volodimir Zelenski videomüraciətində bildirib.
“Biz Rusiyaya qarşı yeni sanksiyalar üzərində və terrorçu dövlətin vətəndaşlarının baş verənlərə görə məsuliyyətin bir hissəsini hiss etməsi üzərində işləyirik. Avropada Rusiya pasportu sahibləri üçün viza məhdudiyyətləri ilə bağlı müzakirələr hər gün genişlənir, ona yeni dövlətlər və yeni siyasətçilər qoşulur. Bu, sonda müvafiq qərarların qəbuluna gətirib çıxarmalıdır” – deyə Zelenski bildirib.
Ukrayna prezidenti kəşfiyyat zabitləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, jurnalistlər və rus hərbçilərinin kimliyini müəyyən etməyə çalışan bütün şəxslər vasitəsilə Ukrayna və onun tərəfdaşlarının Ukrayna şəhərlərində əhaliyə qarşı terror və işgəncələrə görə birbaşa məsuliyyət daşıyan şəxslər haqqında getdikcə daha çox məlumat əldə etdiyini bildirib.
“Lakin, unutmamalıyıq ki, şər bu cür miqyas alarkən insanların səssiz qalması şəriklik səviyyəsinə yaxınlaşır. Bu səbəbdən Rusiya vətəndaşlığınız varsa və səssiz qalırsınızsa, deməli, mübarizə aparmırsınız, onu dəstəkləyirsiniz. Harada olmağınızdan asılı olmayaraq – həm Rusiyada, həm də onun hüdudlarından kənarda səsiniz Ukraynaya dəstək və müvafiq olaraq bu müharibəyə qarşı eşidilməlidir” – deyə Zelenski bildirib.