Volodimir Zelenski - Sanksiyalar olmadan Putin oyunu davam etdirəcək
Sanksiyalar olmadan Putin oynamağa davam edəcək, – bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
Ukrayna prezidentinin dediyinə görə, Rusiyaya yeni təzyiq göstərilməlidir və bu, təkcə Avropa tərəfindən olmamalıdır.
Zelenski “Böyük Yeddilik” səviyyəsində birgə sanksiyalara çağırır.
“Sanksiyalar ticarəti ciddi şəkildə məhdudlaşdırmaq üçün vacibdir”, – deyə Ukrayna prezidenti bildirir.