Volodimir Zelenski Rusiyaya çatdırılmaq üçün dron və raket komponentləri istehsal edən şirkətlərə qarşı sanksiyalar tətbiq edib
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya çatdırılmaq üçün dron və raket komponentləri istehsal edən şirkətlərə sanksiyalar tətbiq edib.
“Rusiya Ukraynaya daha bir irimiqyaslı zərbə həyata keçirib: 400-dən çox dron və müxtəlif növ təxminən 40 raket. Bu silahın istehsalı xarici kritik komponentlər olmadan mümkün olmazdı, hansı ki, ruslar sanksiyalara baxmayaraq onları əldə etməyə davam edirlər. Biz bu cür şirkətlərə, raket və dron komponentləri təchizatçılarına və istehsalçılarına qarşı yeni sanksiyalar tətbiq edirik”, – deyə Ukrayna Prezidenti sosial şəbəkədə yazır.
Bununla yanaşı, Zelenski Rusiya maliyyə sektoruna qarşı əlavə sanksiyalar tətbiq etdiyini deyib. Xüsusilə, Rusiya raket və dronların istehsalında istifadə olunan komponentlərin tədarükü üçün ödənişlərin həyata keçirildiyi şirkətlərə qarşı.
“Rusiyanın kripto bazarına və mayninqi dəstəkləyən subiyektlərə qarşı da sanksiyalar tətbiq edilib. Bu qərarların bir hissəsi artıq son mərhələdə olan Avropa İttifaqının 20-ci sanksiyalar paketinə daxil ediləcək. Biz tərəfdaşlarımızla koordinasiyanı davam etdiririk və təcavüzkara təzyiqi artırırıq”, – deyə Zelenski yazır.