Volodimir Zelenski - Rusiyanın müharibəni bitirməyə hazırlaşdığına dair heç bir əlamət yoxdur
Rusiyanın müharibəni bitirməyə hazırlaşdığına dair heç bir əlamət yoxdur, – bu barədə Ukrayna prezidenti Volodimir Zelenski gündəlik videomüraciətində bildirib.
“Danışıqlar günü onlar insanları öldürürlər. Bu, çox şeydən xəbər verir. Müharibə məhz ona görə davam edir ki, Moskvanın bu müharibəni bitirməyə hazırlaşdığına dair heç bir əmr və işarə yoxdur”, – deyə Zelenski qeyd edib.