Volodimir Zelenski Rusiyanın İran istehsalı olan dronlarla uzunmüddətli hücum planlaşdırdığını açıqlayır

10:40, 03.01.2023

 

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın İran istehsalı olan dronlarla uzunmüddətli hücum planlaşdırdığını açıqlayır. Zelenskinin gündəlik müraciətində açıqladığı kimi, 2023-cü ilin əvvəlindən Ukrayna qüvvələri artıq 80-dən çox İran dronunu zərərsizləşdirib.

“İlin əvvəlindən cəmi iki gün keçib və artıq Ukrayna səmasında 80-dən çox İran dronu vurulub. Yaxın gələcəkdə bu rəqəm arta bilər, çünki bu həftələrdə gecələr kifayət qədər gərgin ola bilər. Rusiyanın “Şahed”lərlə uzunmüddətli hücum planlaşdırdığı barədə məlumatımız var”-deyə Zelenski açıqlayıb.

Ukrayna Prezidenti Rusiyanın Ukrayna xalqının dözümlülüyünə, hava hücumundan müdafiəsinə və enerjisini tükəndirməyə mərc qoyduğunu, lakin Ukraynanın terrorçuların bu məqsədə çatmasının qarşısını almaq üçün hər şeyi edəcəyini bildirib.

Zelenski həmçinin 2023-cü ilin ilk beynəlxalq telefon danışığını Avropa Komissiyasının Prezidenti Ursula fon der Laiyenlə etdiyini açıqlayıb. O, Ukraynanın yanvarda makromaliyyə yardımının birinci tranşını gözlədiyini bildirib. Həmçinin, Aİ-Ukrayna sammitinə hazırlıq məsələsi də müzakirə olunub.

“Biz dövlətimizin maliyyə dəstəyini müzakirə etdik – artıq yanvar ayında biz keçən il razılaşdırıldığı kimi makromaliyyə yardımının birinci tranşını gözləyirik. Bu, Rusiyanın təcavüz üçün yeni qüvvələr toplamağa çalışdığı indiki vaxtda çox vacibdir. Biz həmçinin fevralın əvvəlində keçiriləcək Ukrayna-Aİ sammitinə hazırlığı müzakirə etdik. İnanıram ki, artıq bu sammitdə biz ümumi sabitliyimiz, ümumi qələbəmiz üçün yeni əsas addımları müəyyən edə biləcəyik”- deyə Ukrayna Prezidenti qeyd edib.

Oxşar