Volodimir Zelenski - Rusiya Ukraynaya qarşı birgə hücumu zamanı 18 raket və 400-ə gədər çox pilotsuz uçuş aparatından istifadə edib, belə hücumlara sərt cavab verilməlidir, biz də məhz belə cavab verəcəyik
Volodimir Zelenski - Rusiya Ukraynaya qarşı birgə hücumu zamanı 18 raket və 400-ə gədər çox pilotsuz uçuş aparatından istifadə edib, belə hücumlara sərt cavab verilməlidir, biz də məhz belə cavab verəcəyik

Ukraynaya təxminən on saat davam edən birgə hücumda Rusiya 18 raket və 400-ə gədər çox pilotsuz uçuş aparatından istifadə edib.

Ukrayna Prezidenti Volodimir Zelenskinin bildirdiyinə görə, hücumun əsas hədəfi Kiyev və onun bölgəsi olub, həmçinin zərbələr Çerniqov, Sumi, Poltava, Kirovoqrad və Xarkov vilayətlərində həyata keçirilib.

“Bu o deməkdir ki, sürətləndirməyə ehtiyac var. Biz sanksiyalar sahəsində daha sürətli hərəkət etməli və Rusiyaya təzyiq göstərməliyik ki, onlar terrorlarının nəticələrini hiss etsinlər.Tərəfdaşlar silah istehsalına və texnologiyanın inkişafına investisiyalar baxımından daha sürətli hərəkət etməlidirlər. Rusiyanın belə hücumlarına sərt cavab verilməlidir. Biz də məhz belə cavab verəcəyik”, – Volodimir Zelenski qeyd edib.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının məlumatına görə, 10 iyul gecəsi Rusiya Federasiyası Ukraynaya 415 hava hücumu təşkil edib, onlardan 178-i vurulub, 204-ü isə lokal olaraq itirilib və ya zərərsizləşdirilib.