Volodimir Zelenski – Rusiya tərəfindən müharibə başladıldıqdan sonra İsrail Ukraynaya heç bir kömək göstərməyib, eyni zamanda ölkə başqa dövlətlərə silah ixrac edib
Rusiyanın genişmiqyaslı müharibəsi başladıqdan sonra İsrail Ukraynaya heç bir yardım göstərməyib, eyni zamanda ölkə başqa dövlətlərə silah ixrac edib- bu barədə “Erbeka Ukraina” nəşrinin yazdığı üzrə Ukrayna prezidenti Volodimir Zelenski “Ouest France” nəşrinə müsahibəsində bildirib.
“Mən şokdayam, başa düşmürəm. İsrail bizə heç nə verməyib, heç nə, sıfır… Mən başa düşürəm ki, onlar öz torpaqlarını müdafiə etməlidirlər, lakin İsrailin öz silahlarını başqa ölkələrə ixrac etdiyi barədə məlumat almışam” – deyə Zelenski bildirib.
Eyni zamanda, Zelenski ölkə liderlərini günahlandırmadığını bildirib.
“Mən liderləri günahlandırmıram. Mən faktları deyirəm: İsrail rəhbərliyi ilə müzakirələr olub və bunun Ukraynaya heç bir faydası olmayıb. Rusiyanın İsrailə təsirini müşahidə etmək mümkündür” – deyə Zelenski bildirib.
Bununla yanaşı, Zelenski İsrailin vətəndaş cəmiyyətinin Ukraynanı dəstəklədiyini bildirib.