Volodimir Zelenski – Rusiya Qara dənizdə Misirə buğda aparan mülki gəmiyə hücum edib

19:00, 12.09.2024

 
Rusiya Qara dənizdə Misirə buğda aparan mülki gəmiyə hücum edib. Bu haqda Ukraynanın Prezidenti Volodimir Zelenski bəyanat verib.

“Misir üçün nəzərdə tutulmuş buğdaya qarşı rus raketi. Ukraynanın ərazi sularını tərk etdikdən dərhal sonra Qara dənizdə adi mülki gəmiyə bugünkü hücum. İlkin məlumatlara görə, xoşbəxtlikdən insan tələfatı yoxdur” – Zelenski bildirib.

Zelenski həmçinin qeyd edib ki, “Ukrayna ərzaq təhlükəsizliyi üçün əsas qlobal donorlardan biridir və dünyanın müxtəlif hissələrində olan onlarla ölkənin daxili sabitliyi və həyatı onun ixrac ərzaq dəhlizinin normal işləməsindən asılıdır”.

“Dünyanın reaksiyasını gözləyirik. Buğda və ərzaq təhlükəsizliyi heç vaxt raketlərin hədəfi olmamalıdır” – Volodimir Zelenski bildirib.

Oxşar