Volodimir Zelenski – Rusiya ilə müharibənin sonu zənn etdiyimizdən də yaxındır
Rusiya ilə müharibənin sonu zənn etdiyimizdən də yaxındır – bu haqda Ukraynanın Prezidenti Volodimir Zelenski “ABC News”a müsahibəsində bildirib.
“Qələbə planı Ukraynanı gücləndirməkdir. Məhz buna görə biz dostlarımızdan, tərəfdaşlarımızdan bizi gücləndirmələrini xahiş edirik. Bu çox vacibdir. Düşünürəm ki, biz sülhə zənn etdiyimizdən də yaxınıq. Müharibənin sonuna yaxınlaşırıq. Biz sadəcə güclü olmalıyıq” – Zelenski deyib.
Həmçinin, müsahibə zamanı Ukraynanın lideri Kurskda davam edən əməliyyatdan danışıb və Rusiyanın Prezidentinin bu əməliyyatdan qorxduğunu qeyd edib.
“Bu doğrudur. O, çox qorxur. Niyə? Çünki, onun xalqı gördü ki, o, müdafiə etməyi bacarmır – o, bütün ərazisini qoruya bilmir. Ukrayna Putini yalnız güclü mövqedən müharibəni dayandırmağa məcbur edə bilər” – Zelenski deyib.