Volodimir Zelenski – Rusiya hərbi qüvvələrinin Xersondan qaçdığını görmürəm, bu, informasiya hücumudur
Ukrayna prezidenti Volodimir Zelenski Rusiya hərbi qüvvələrinin Xersonu tərk etmədiyini və onların dırnaq arası çıxış hazırlığının informasiya əməliyyatı olduğunu bildirib. Zelenski bu barədə İtaliya mətbuatına müsahibəsində açıqlayıb.
“Mən onların Xersondan qaçdığını görmürəm. Bu, informasiya hücumudur. Mən sizə hər şeyi deyə bilmərəm. Oraya getməyimiz və insanları digər təhlükəli yerlərdən çıxarmaq bizim üçün bir hücumdur. Bütün bunlar informasiya əməliyyatı idi. Onlar Xersonu tərk etməyə hazır deyillər”- deyə Ukrayna prezidenti bildirib.
O, Rusiyanın ən yaxşı təlim keçmiş əsgərlərinin öz mövqelərində qaldığını bildirib.
“Onlar yerlərindədirlər. Biz bunu görürük və onlara inanmırıq” – deyə Zelenski bildirib.
Bundan əlavə, Ukrayna prezidenti bildirib ki, ruslar ukraynalıların uğur qazanacağı təqdirdə Xersondan çıxa bilməyəcəklərini bilirlər.
“Ukrayna Xersonu mütləq azad edə biləcək. Bu mürəkkəbdir, çünki bunun bədəli xalqdır. Biz insanlara Rusiya kimi davranmırıq. Nə qədər insanın öləcəyi Rusiyanı maraqlandırmır. Bu, isə bizim üçün çox vacibdir. Biz bunu edə bilmərik. Buna görə də biz tərəfdaşlarımızdan daha çox insanın həyatını xilas etmək üçün bizə daha çox zirehli texnika vermələrini xahiş edirik” – deyə Zelenski bildirib.
Ukrayna prezidenti Rusiyanın planında Ukraynanın bütün ərazisinin işğalının hələ də olduğunu əlavə edib.
“Onlar dayanmaq istəmirlər. Onlar əvvəldən dayanmaq istəmirdilər. Onların missiyası yalnız birdir, ehtiyat planları yoxdur. Onların yalnız bir planı var – bütün Ukraynanı işğal etmək”- deyə Ukrayna prezidenti bildirib.