Volodimir Zelenski - Rusiya hər gün əsl diplomatiyanı seçə bilər, amma o zərbələri seçir, Moskvadan Ukraynaya təzyiq göstərmək imkanı alınmalıdır
Rusiya irişmiqyaslı hücum zamanı 400-dən çox dron və təxminən 40 müxtəlif tipli raketdən istifadə edib, – bu barədə Ukrayna prezidenti Volodimir Zelenski yazır.
Zelenskinin sözlərinə görə, rusların əsas hədəfi enerji sistemi, generasiya obyektləri və paylayıcı yarımstansiyalar olub.
Onun sözlərinə görə, Volın, İvano-Frankovsk, Lviv və Rovno vilayətlərində müxtəlif obyektlər zədələnib.
“Rusiya hər gün əsl diplomatiyanı seçə bilər, amma daha çox zərbə vurmağı seçir. Üçtərəfli danışıqları dəstəkləyən hər kəsin buna reaksiya verməsi vacibdir”, – Zelenski yazır.
Ukrayna prezidentinin sözlərinə görə, Moskvadan Ukraynaya təzyiq göstərmək imkanı alınmalıdır, bunun üçün isə “Patriot”, “Nasams” və digər sistemlər üçün raketlər lazımdır.
“Bütün tərəflər qışı keçirməyimizə kömək edir. Bunu anlayan və bizə həqiqətən kömək edən bütün tərəfdaşlara təşəkkür edirik”, – Zelenski yazır.