Volodimir Zelenski – Rusiya qisas almağa hazırlaşır və güc toplayır, Rusiya hərbi qüvvələrinin Belarus ərazisindən hücum etmə ehtimalı var
Rusiya qisas almağa hazırlaşır və güc toplayır, Rusiya hərbi qüvvələrinin Belarus ərazisindən hücum etmə ehtimalı var – bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Finlandiya Prezidenti Sauli Niinisto ilə görüşü zamanı açıqlayıb.
Zelenski Ukraynanın döyüş meydanında nəyə ehtiyacı olduğu barədə görüşdə müzakirə apardıqlarını bildirib. Görüşdə o da qeyd olunub ki, Finlandiya Ukraynaya müasir Qərb tanklarının tədarükünü dəstəkləyir.
“Mən görürəm ki, Belarus əhalisinin əksəriyyəti, əminəm ki, müstəqil Belarus hərbçilərinin əksəriyyəti Ukrayna cəmiyyətinə qarşı silahla hücum etmək və güc tətbiq etmək istəmir. Biz Belarusa hücum etmək niyyətində deyilik və heç vaxt planlaşdırmamışıq. Belə niyyət yoxdur. O ki qaldı bir növ “hərbi Şengen”ə sahib olduqlarını düşünən və bu gün istənilən dövlətin ərazisində ola biləcək Rusiya qoşunlarına. Mənə elə gəlir ki, bu, hər hansı bir dövlətin əhalisinə hörmətdən, eləcə də öz müstəqil ərazisinə hərbi, silahlı şəxsləri buraxmamağa qadir olan bu və ya digər dövlətin rəhbərliyinə hörmətdən asılıdır”- deyə Volodimir Zelenski açıqlayıb.