Volodimir Zelenski – Rusiya əsasən enerji obyektlərinə zərbə endirib, hücumlar hələ də gözlənilir

20:45, 15.11.2022

 

Rusiya əsasən enerji obyektlərinə zərbə endirib, hücumlar hələ də gözlənilir -bu barədə Ukrayna prezidenti Volodimir Zelenski sosial şəbəkədə videomüraciətində açıqlayıb.

Zelenski Ukraynanın hər şeyə dözəcəyini bildirib.

“Ukrayna istiqamətində 85 raket buraxılıb, bizim şəhərləri və daha çox enerji infrastrukturunu vurublar. Düşmənin nə istədiyi aydındır. O, buna nail olmayacaq. 20 zərbə hələ qarşıdadır. Raketlər uçur. Odur ki, özünüzə diqqət etmənizi və sığınacaqlarda qalmağınızı xahiş edirəm. Bilirəm ki, zərbələr nəticəsində şəhərlərimizdə enerji kəsilib. Biz hər şeyi bərpa edəcəyik. Biz hər şeyə dözəcəyik” – deyə Zelenski bildirib.

Oxşar