Volodimir Zelenski – Rusiya dronu təhlükəsizlik xidmətinin binasına çırpıldı, Aleksandr Poklada hər şey hazır olduqda Rusiyaya müvafiq şəkildə cavab verməyi tapşırdım
Kiyevdə Ukrayna Təhlükəsizlik Xidmətinin binasına Rusiya dronu çırpılıb. Bu barədə “Ukrainskaya Pravda” şahidlərə və paytaxtın meri Vitali Kliçkoya istinadən mməlumat yayır. Medianın məlumatına görə, hadisə yerli vaxtla saat 15:30-da baş verib.
Kiyev meri Vitali Kliçko partlayış nəticəsində bir nəfərin xəsarət aldığını bildirib. Onun sözlərinə görə, xəsarət alan kişi tibb işçiləri tərəfindən xəstəxanaya aparılıb.
Ukrayna Prezidenti Volodimir Zelenski baş verənlərə tezliklə münasibət bildirib. Onun sözlərinə görə, Rusiya dronu Müqəddəs Sofiya məbədinin qarşı tərəfində yerləşən Təhlükəsizlik Xidmətinin mərkəzi binasına dəyib. Zelenski qeyd edib ki, hadisə yerinə təcili yardım xidmətləri səfərbər olunub.
“Bütün zərərçəkənlər lazımi yardım alacaqlar. Dron birbaşa Təhlükəsizlik Xidməti rəhbərinin kabineti istiqamətinə yönəldilmişdi”, – Ukrayna prezidenti yazır.
Volodimir Zelenskinin sözlərinə görə, o, Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Oleksandr Poklada hər şey hazır olduqda Rusiyaya müvafiq şəkildə cavab verməyi tapşırıb.
Məlumat üçün bildirək ki, hadisə sentyabrın 4-də Ukrayna vaxtı ilə saat 15:30-da baş verib. Bundan əvvəl Ukrayna tərəfinin Rusiyanın Ukraynaya hücum etmək üçün istifadə etdiyi işğal olunmuş şəhərlərə zərbələri olmuşdu.