Volodimir Zelenski - Robert Fitsodan Slovakiyanın Ukraynanın Avropa İttifaqına üzvlüyünü dəstəklədiyini və öz təcrübəsini bölüşməyə hazır olduğunu eşitmək vacib idi
Ukrayna Prezidenti Volodimir Zelenski və Slovakiya Baş naziri Robert Fitso telefon danışığı zamanı Ukraynanın Avropa İttifaqına üzvlüyü məsələsini müzakirə ediblər.
Ukrayna Prezidentinin sosial şəbəkədə yazdığı kimi, Slovakiyanın Ukraynanın Avropa İttifaqına üzvlüyünü dəstəklədiyini eşitmək vacib olub.
“Biz ölkələrimiz arasında güclü münasibətlərə ehtiyac duyuruq və hər iki tərəf bununla maraqlanır. Slovakiyanın Ukraynanın Avropa İttifaqına üzvlüyünü dəstəklədiyini və öz təcrübəsini bölüşməyə hazır olduğunu eşitmək vacib idi”, – Zelenski yazır.
Bununla yanaşı, Zelenskinin sözlərinə görə, Slovakiyanın Baş naziri ilə telefon danışığı zamanı yaxın dövrdə mümkün görüş də müzakirə olunub.
“Baş naziri Kiyevə dəvət etdim və Bratislavaya dəvətinə görə təşəkkürümü bildirdim. Həmçinin yaxın gələcəkdə şəxsi görüşün mümkünlüyünü də müzakirə etdik. Komandalarımız görüşün planlaşdırılması üzərində işləyəcəklər”, – deyə Zelenski qeyd edir.