"Volodimir Zelenski Robert Fitso ilə görüşdü – "Slovakiya Ukraynanı Avropa İttifaqına gedən yolda dəstəkləyir"
"Volodimir Zelenski Robert Fitso ilə görüşdü – "Slovakiya Ukraynanı Avropa İttifaqına gedən yolda dəstəkləyir"

Ukrayna Prezidenti Volodimir Zelenski Ujqorod şəhərində Slovakiyanın Baş naziri Robert Fitso ilə görüşüb. Bu barədə məlumatı Ukrayna mediası yayır.

Medianın yazdığına görə, görüşdən sonra Ukrayna Prezidenti Robert Fitso ilə keçirilən müzakirəni vacib qiymətləndirib.

“Bu səfərə görə təşəkkür edirəm. Bizim mühüm bir söhbətimiz oldu. Aramızda belə bir dialoqun mövcud olması vacibdir. Biz bu dialoqu davam etdirəcəyik,” – deyə Zelenski bildirib.

Ukrayna Prezidenti qeyd edib ki, Slovakiyanın Baş nazirinə ABŞ Prezidenti Donald Trampla apardığı söhbət barədə, həmçinin “İstəklilər Koalisiyası”nın görüşünün nəticələri barədə məlumat verib.

Bununla yanaşı, Zelenskinin sözlərinə görə, Slovakiya Ukraynanı Avropa İttifaqına gedən yolda dəstəkləyir.

“Slovakiyanın Baş naziri Robert Fitso ilə əsaslı söhbətim oldu. Biz əsas mövzuları-Ukrayna üçün prinsipial məsələləri və Slovakiya üçün prinsipial mövzuları müzakirə etdik. Mən prezident Donald Trampla dünənki söhbət, “İstəklilər Koalisiyası” liderləri ilə əməkdaşlığımız barədə məlumat verdim, bu əməkdaşlıq sülhün təşviqi, Ukraynanın təhlükəsizliyi və Avropanın təhlükəsizlik arxitekturasının təminatı məqsədi daşıyır. Slovakiya bu məsələdə kənarda qalmayacaq. Baş nazir mənə Çinlə əlaqələri barədə danışdı.