Volodimir Zelenski Reycəb Tayyib Ərdoğanın Ukrayna, Rusiya, Türkiyə və ABŞ liderləri arasında görüşün təşkili barədə təklifini dəstəklədiyini bildirir
Volodimir Zelenski Reycəb Tayyib Ərdoğanın Ukrayna, Rusiya, Türkiyə və ABŞ liderləri arasında görüşün təşkili barədə təklifini dəstəklədiyini bildirib. Zelenski bu barədə jurnalistlərlə Zoom söhbəti zamanı danışıb.
Ukrayna prezidentinin sözlərinə görə, o, türk həmkarı ilə telefonla danışıb.
“O, dörd liderin, o, Amerika prezidenti, Putin və mənim görüşüm olsa, mənim münasibətimin necə olacağı ilə maraqlandı. Mən ona dedim ki, liderlər səviyyəsində görüşü dəstəkləyirəm, çünki məndə belə bir təəssürat yaranıb ki, görüşümüz olmadan atəşkəs olmayacaq”, – Zelenski deyib.
Xatırladaq ki, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında keçirilən görüşdən sonra Türkiyə prezidenti Vladimir Putin, Donald Tramp və Vladimir Zelenski arasında zirvə görüşünün Türkiyədə keçirilməsi təşəbbüsü ilə çıxış edib.