Volodimir Zelenski Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün İstanbula gəlib

15:56, 04.04.2026

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün İstanbula gəlib.

Bu barədə Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov məlumat yayıb.

Məlum olduğu kimi, Türkiyə Prezidenti martın 3-də Rusiya lideri Vladimir Putinlə telefon danışığı aparıb. Medianın məlumatına görə, söhbətin əsas mövzusu Yaxın Şərqdə davam edən hərbi əməliyyatlar olub.

Oxşar