Volodimir Zelenski – Putin nüvə silahından istifadə etdikdən sonra sağ qala bilməyəcəyini başa düşür, mən buna əminəm
Ukrayna prezidenti Volodimir Zelenski nüvə silahından istifadə ediləcəyi təqdirdə Putinin sağ qala bilməyəcəyinə əmin olduğunu bildirib.
Ukrayna mətbuatı Zelenskinin bu barədə Avstraliyanın Loy İnstitutunda çıxışı zamanı bəyanat verdiyinə dair məlumat yayır.
“O, nüvə silahından istifadə etdikdən sonra sağ qala bilməyəcəyini başa düşür, mən buna əminəm” – deyə Zelenski bildirib.
Zelenski, Vladimir Putinin taktiki nüvə zərbəsi endirmək üçün rus hərbi əməliyyatlarına kifayət qədər nəzarət edib-etməməsinə şübhə etdiyini açıqlayıb.
Volodimir Zelenskinin sözlərinə əsasən, “Ruslar öz ölkələrində baş verən hər şeyi idarə etməkdə çətinlik çəkirlər, eləcə də döyüş meydanında baş verən hər şeyi idarə edə bilmirlər”.