Volodimir Zelenski - Putin Kiyevə gələ bilər, amma mən Moskvaya gedə bilmərəm, çünki mənim ölkəm hər gün raket zərbələri altındadır, mən bu terrorçuların paytaxtına gedə bilmərəm
Volodimir Zelenski - Putin Kiyevə gələ bilər, amma mən Moskvaya gedə bilmərəm, çünki mənim ölkəm hər gün raket zərbələri altındadır, mən bu terrorçuların paytaxtına gedə bilmərəm

Vladimir Putin Kiyevə gələ bilər, amma mən Moskvaya gedə bilmərəm, çünki mənim ölkəm hər gün raket zərbələri altındadır, mən bu terrorçuların paytaxtına gedə bilmərəm, – bu barədə Ukrayna prezidenti Volodimir Zelenski “ABC News” telekanalına müsahibəsində bildirib.

Zelenskinin sözlərinə görə, Rusiya prezidentinin təklifi görüşün təxirə salınması məqsədi daşıyırdı.

“Əgər insan müharibə zamanı görüşmək istəmirsə, əlbəttə ki, o, mənə və başqaları üçün qəbuledilməz olacaq bir şey təklif edə bilər, buna görə də mən həmişə deyirəm ki, ona etibar etmək olmaz”, – Zelenski qeyd edib.