Volodimir Zelenski - Prezident administrasiyasında dəyişikliklər olacaq, heç kimin Ukrayna ilə bağlı sualı olmasını istəmirəm
Volodimir Zelenski - Prezident administrasiyasında dəyişikliklər olacaq, heç kimin Ukrayna ilə bağlı sualı olmasını istəmirəm

Rusiya Ukraynanın səhv etməsini çox istəyir, lakin bizim tərəfimizdən heç bir səhv olmayacaq, – bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib.

Onun dediyinə görə, sabah prezident administrasiyasının yeni rəhbəri ilə bağlı məsləhətləşmələr keçiriləcək.

“İstəmirəm ki, heç kimin Ukrayna ilə bağlı sualı olsun. Biz növbəti qərarları qəbul etdik. Ukrayna Prezidentinin Administrasiyasında dəyişikliklər olacaq. Administrasiya rəhbəri Andrey Yermak istefa ərizəsini yazdı. Mən Andreyə minnətdaram, çünki o, danışıqlar zamanı həmişə Ukraynanın mövqeyini olduğu kimi dəqiq nümayiş etdirirdi. Bu, həmişə vətənpərvər mövqe olub. Hərçənd, şayiələrin və ehtimalların olmasını istəmirəm. Sabah prezident administrasiyasının yeni rəhbəri ilə bağlı məsləhətləşmələr keçirəcəm. Bizim işimiz davam edir, mübarizəmiz davam edir. Rusiya Ukraynanın səhv etməsini çox istəyir, bizim tərəfimizdən heç bir səhv olmayacaq. Bizim davam etməməyə haqqımız yoxdur. Bizim geri çəkilməyə haqqımız yoxdur”, –Zelenski bildirib.

Məlumat üçün bildirək ki, Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak istefa verib. Bu gün Milli Korrupsiyaya Qarşı Mübarizə Bürosu Andrey Yermakın ofisində axtarış keçirib. O, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə əməkdaşlıq edir və Korrupsiyaya Qarşı Mübarizə Bürosunun əməkdaşlarına “evə tam giriş hüququ” verdiyini deyir.