Volodimir Zelenski Polşaya gedərək prezident Ancey Duda ilə görüşüb
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-dan Ukraynaya qayıtmazdan əvvəl Polşaya səfər edib və prezident Ancey Duda ilə görüşüb.
Volodimir Zelenski Duda ilə görüş zamanı gələcək strateji planların və ikitərəfli əlaqələrin müzakirə edildiyini bildirib.
“Evə qayıdarkən Ukraynanın dostu, Polşa Prezidenti Ancey Duda ilə görüşdüm. Genişmiqyaslı müharibə səbəbindən tarixi problemlər gətirən bir ili yekunlaşdırdıq. Biz 2023-cü ildə gələcək strateji planları, ikitərəfli münasibətləri və beynəlxalq səviyyədə qarşılıqlı fəaliyyəti müzakirə etdik”- deyə Zelenski “Telegram” səhifəsində yazıb və Polşa liderinə “əvəzolunmaz, güclü dəstəyə” görə təşəkkür edib.