Volodimir Zelenski onu Rusiya ilə güzəştə getməyə sövq edən bəzi ölkə liderləri olduğunu bildirib

17:14, 02.11.2022

 

Ukrayna prezidenti Volodimir Zelenski onu Rusiya ilə güzəştə getməyə sövq edən bəzi ölkə liderləri olduğunu bildirib. Bu barədə Ukrayna prezidenti Çexiya mətbuatına müsahibəsində bildirib.

Jurnalist Ukrayna prezidentindən kiminsə onu Rusiya ilə güzəştə getməyə sövq edib-etmədiyini soruşub.

“Düşünürəm ki, bəzi ölkə liderləri, şübhəsiz ki, arzulayardı… Mən bunu indi qiymətləndirmək istəmirəm, çünki əhəmiyyəti yoxdur. Kiminsə məni sövq etməsi mənim üçün önəmli deyil… Biz artıq orada olmuşuq (Rusiya ilə danışıqlarda). Bizim üçün yeni heç nə, sürpriz yoxdur. Bu hekayənin necə bitəcəyini artıq bilirəm. Ona görə də sonunu gözləmək istəmirəm, çünki bu ölkə ilə, bu qonşu ilə “xoşbəxt son” olmayacaq. Biz çox praqmatik əlaqələr qurmalıyıq, çünki onlar çox təhlükəlidir. İndi biz onların siyasətinin nəticələrini görürük” – deyə Zelenski bildirib.

Prezident Ukraynanın müstəqilliyinin 31 ili ərzində güclü təhlükəsizlik sistemi yaratmağın mümkün olmadığını bildirib.

Zelenski həmçinin qeyd edib ki, Ukrayna Rusiyadan belə qəddarlıq və aqressivlik gözləmirdi və bu, onun fikrincə, Ukrayna siyasi dairəsinin ən böyük səhvidir.

Oxşar