Volodimir Zelenski - Olduğumuz yerdə dayanmalıyıq, prezident Tramp haqlıdır, Rusiyanın bizə bir daha müharibə ilə qayıtmayacağına dair ABŞ-dan təhlükəsizlik zəmanətlərinə ehtiyacımız var
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın müharibənin dayandırılması ilə bağlı mövqeyinə münasibət bildirib.
“Düşünürəm ki, biz olduğumuz yerdə dayanmalıyıq. Prezident haqlıdır. Bəli, müharibəni olduğumuz yerdə dayandırmalıyıq. Bu vacibdir”, – Zelenski jurnalistlərə bildirib.
Lakin Ukrayna prezidenti qeyd edib ki, onun ölkəsinin ABŞ tərəfdən güclü təhlükəsizlik zəmanətləri olmalıdır.
“Bizə ABŞ tərəfdən təhlükəsizlik zəmanətləri lazımdır, çünki yalnız ABŞ-ın Rusiyaya real təsir imkanı var. Yalnız Prezident Trampın Rusiyayla birbaşa dialoqu var. Bizə Rusiyanın bir daha müharibə ilə bizə qayıtmayacağına dair güclü zəmanətlər lazımdır”, – Ukrayna prezidenti qeyd edib.
Daha əvvəl Donald Tramp sosial şəbəkədə yazıb ki, Rusiya və Ukrayna müharibəni dərhal dayandırmalıdır.
“Sərhədlər müharibə və cəsarətlə müəyyən edilib. Onlar olduqları yerdə dayanmalıdırlar. Qoy hər iki tərəf öz qələbəsini elan etsin, tarixin özü hökm versin”, – Tramp yazıb.