Volodimir Zelenski növbəti hücum tədbirləri nəticəsində bir neçə vilayətdə yeni yaşayış məntəqələrinin azad edildiyini, lakin toqquşmaların davam etdiyini açıqlayıb

10:16, 04.10.2022

 

Ukrayna prezidenti Volodimir Zelenski növbəti hücum tədbirləri nəticəsində bir neçə vilayətdə yeni yaşayış məntəqələrinin azad edildiyini, lakin toqquşmaların davam etdiyini açıqlayıb. Həmçinin, Zelenski hakimiyyətin azad edilmiş yaşayış məntəqələrində əhalinin normal həyata qayıtmasına çalışdığını və təkcə Xarkov vilayətində 450-yə yaxın belə yaşayış məntəqəsinin olduğunu bildirib.

“Cəbhənin bir çox hissəslərində dəhşətli döyüşlər gedir. Lakin bu hərbi əməliyyatların perspektivi göz qabağındadır – getdikcə daha çox insan qaçmağa çalışır, düşmən ordusu getdikcə daha çox itki verir, onlar Rusiyanın Ukraynaya qarşı müharibə edərək səhv etdiyini daha çox başa düşürlər”- deyə Zelenski video-müraciətində bildirib.

O , ölən rus döyüşçüləri arasında döyüş təcrübəsi olmayan təlimsiz gənclərin də olduğunu açıqlayıb.

“Nə psevdoreferendum, nə ilhaqlarla bağlı bəyanatlar, nə də onların uydurduğu sərhədlər haqqında söz-söhbət Rusiyaya kömək edə bilməz” – deyə Zelenski qeyd edir.

O, Türkiyədə olan və ailə üzvləri ilə görüşən “Azovstal” döyüşçülərindən də danışıb. Zelenski prezident Ərdoğanın onların təhlükəsizliyinə şəxsən zəmanət verdiyini açıqlayıb.

Oxşar