Volodimir Zelenski – müharibənin on ayı ərzində Ukrayna Aİ-ni Rusiyaya qarşı mübarizədə birləşdirə bildi, artıq heç kim Rusiyadan qorxmur və qorxmayacaq

20:41, 28.12.2022

 
Müharibənin on ayı ərzində Ukrayna Aİ-ni Rusiyaya qarşı mübarizədə birləşdirə bildi-bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Radada çıxışında açıqlayıb.

Zelenski Ukraynanın Qərbə qlobal arenaya qayıtmağa və Qərbin nə qədər dominant olduğunu hiss etməyə kömək etdiyini bildirib.

Ukrayna Prezidenti bəzi Avropa ölkələrinin ilk dəfə neytrallıq konsepsiyasına yenidən baxdığını və Ukrayna ilə birlikdə təcavüzə müqavimət göstərdiyini qeyd edib.

“Biz Avropa İttifaqına real subyektivlik əldə etməyə kömək etdik. Avropaya özünü müxtəlif səviyyəli komandalarla bir neçə çempionat kimi deyil, bütün azad dünya ilə qələbə üçün mübarizə aparan bir güclü komanda kimi hiss etməyə kömək etdik. Avropa İttifaqını birləşdirən Ukrayna idi. Məlum oldu ki, bu mümkündür. Artıq Qərbdə heç kim Rusiyadan qorxmur və qorxmayacaq. İndi Avropa özünü müdafiə edir. Rusiyanın bizim qitəmizi parçalamaq üçün nəhəng resurs yatırmasına baxmayaraq, Avropa böhranların öhdəsindən gəlir. Rusiyanın Avropaya qarşı cəhdlərinin heç biri nəticə vermədi. Hər rus addımı səhvə çevrildi”–deyə Volodimir Zelenski açıqlayıb.

Ukrayna Prezidenti ölkənin öz ərazi bütövlüyünü bərpa edəcəyini və özünün güclü hərbi sənaye kompleksinin bu işdə ona kömək edəcəyini bildirib.

Oxşar