Volodimir Zelenski – müharibənin dondurulmasına razı olmaq olmaz

20:40, 24.08.2022

 

Ukrayna prezidenti Volodimir Zelenski müharibənin dondurulması ilə razılaşmağın mümkün olmadığını bildirir. Bu barədə Ukrayna prezidenti Ukraynanın Müstəqillik Gününü qeyd etmək üçün Kiyevə səfər edən Böyük Britaniyanın baş naziri ilə birlikdə Kiyevdə keçirilmiş mətbuat konfransında bildirib.

Ukrayna mətbuatının yazdığı üzrə, Ukrayna prezidentindən rus təbliğatının və enerji şantajının təsiri altında yaxın gələcəkdə Qərbin Rusiya-Ukrayna müharibəsinə yanaşmasının Ukraynanın qalibiyyət zərurətindən danışmaqdan bəzi kompromislər tapmağa doğru dəyişəcəyi riskini görüb-görmədiyini soruşublar.

“Rahatlaşmaq olmaz. Münaqişəni dondurmaq olmaz. Bir, iki, üç il gözləyək və danışmağa başlayaq demək olmaz. Bütün bunlar bizim zəif tərəfimiz olacaq. Heç bir halda enerji riskləri, istilik mövsümü, nüvə şantajı, Qara dənizin blokadası, aclıq və s. ilə təşəbbüsü əldən verməməliyik. Bütün bunlara görə bir çox ölkələr təşəbbüsü itirə bilər. Ukraynanın təşəbbüsü itirməyə haqqı yoxdur və o, Avropanın təşəbbüsü itirməsinə imkan verməməlidir. Bu gün bütün dünya təşəbbüsü Rusiya Federasiyasından alıb , bizim bu müharibədə qələbəmiz böyük birlik və bu təşəbbüsü itirməyin mümkünsüzlüyüdür”- deyə Ukrayna prezidenti bildirib.

Oxşar