Volodimir Zelenski müdafiə və təhlükəsizlik sektorunun nümayəndələri ilə qapalı görüş keçirdiyini və görüşün nəticələrini işğalçıların hiss edəcəyini açıqlayıb

10:41, 29.08.2022

 
Ukrayna prezidenti Volodimir Zelenski müdafiə və təhlükəsizlik sektorunun nümayəndələri ilə qapalı görüş keçirdiyini və görüşün nəticələrini işğalçıların hiss edəcəyini açıqlayıb. Bu bəyanatı Volodimir Zelenski ənənəvi videomüraciəti zamanı verib.

“Müzakirə etdiyimiz bütün məsələlər vacibdir, lakin qapalıdır, təfərrüatlar barədə danışa bilmərəm. Lakin , işğalçılar bunun nəticələrini müdafiəçilərimizin bir sonrakı hərəkətlərində hiss edəcəklər” – deyə Zelenski bildirib.

Prezident həmçinin vətəndaşlara xatırladıb ki, Ukraynada yayın sonuncu qeyri-iş günlərində Donetsk və Mədənçilər Günü qeyd olunur.

“Donetsk həmişə Ukraynanın ən zəngin şəhərlərindən biri olub. Mədənçinin əməyi və peşəsi həmişə yüksək qiymətləndirilib. İndi Donbass Rusiyanın zərbələri nəticəsində demək olar ki, tamamilə dağıdılıb və boşaldılıb. Qürurlu Ukraynanın Donetski Rusiya işğalı ilə alçaldılıb, talan edilib. Rusiya ən dəhşətli şeyi -həyatın qiymətini tam bilməməyi, hər kəsə yönəlik mütləq hörmətsizliyi Donetskə gətirib. İşğalçılar tənəzzül və ölüm gətirdilər. Onlar həmişəlik Donetskdə olduqlarına inanırlar, lakin müvəqqəti olaraq oradadırlar. Ukrayna isə qayıdacaq, həyat mütləq qayıdacaq, Donbaslıların ləyaqəti qayıdacaq. Həyat imkanı, təhlükəsiz və xoşbəxt yaşamaq imkanı geri qayıdacaq. Donetsk, Horlovka, Mariupol və Donbasın bütün şəhərlərində qaldıracağımız Ukrayna bayrağı bunun rəmzi olacaq”- deyə Zelenski bildirib.

Oxşar