Volodimir Zelenski müdafiə nazirinə təhlükəsizlik sisteminin bütün təfərrüatlarını tərəfdaşları ilə müzakirə edəcək danışıqlarda iştirak edən şəxslərdən ibarət komanda toplamağı tapşırıb
Ukrayna prezidenti Volodimir Zelenski müdafiə naziri Rüstəm Umerova tərəfdaşlarla təhlükəsizlik sisteminin bütün təfərrüatlarını müzakirə edəcək danışıqlarda iştirak edən şəxslərdən ibarət komanda toplamağı tapşırıb.
Yayılan məlumata görə, bu komanda Londona gedəcək və hərbi nümayəndələrin görüşündə iştirak edəcək.
Britaniyada hərbi komandanların görüşünün cümə axşamı keçiriləcəyi ehtimal olunur. Əsas müzakirə mövzusu, atəşkəs razılaşması əldə olunarsa, Ukraynada sülhməramlı qüvvələrin yaradılması planları olacaq.
Zelenski həmçinin bildirib ki, Umerov və Baş Qərargahın yeni rəisi Andrey Hnatov ilə görüşüb və prezident onlarla cəbhədəki mövcud vəziyyəti müzakirə edib.