Volodimir Zelenski - Moskva, ABŞ-ın Rusiya neftinə qarşı sanksiyalarının yumşaldılmasından təxminən 10 milyard dollar əldə edə bilər və bu vəsait Ukraynaya qarşı müharibənin davam etdirilməsi üçün istifadə oluna bilər
Moskva, ABŞ-ın Rusiya neftinə qarşı sanksiyalarının yumşaldılmasından təxminən 10 milyard dollar əldə edə bilər və bu vəsait Ukraynaya qarşı müharibənin davam etdirilməsi üçün istifadə oluna bilər, – bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Onun sözlərinə görə, hazırda dənizdə Rusiyanın “kölgə donanmasına” məxsus 110-dan çox tanker var və bu gəmilər 12 milyon tondan artıq Rusiya neftini daşıyır.
“Rusiyadan gələn hər neft dolları müharibə puludur”, – Ukrayna prezidenti bildirib.
Onun sözlərinə görə, bu resurs birbaşa Ukraynaya qarşı yeni zərbələrə çevriləcək. Zelenski qeyd edib ki, Rusiya tankerləri dayandırılmalı, onlara neft satmağa icazə verilməməlidir.
Məlumat üçün bildirək ki, 18 apreldə ABŞ dəniz yolu ilə daşınan Rusiya nefti və neft məhsullarının satın alınmasına qarşı sanksiyaları 30 gün müddətinə ləğv edib.