Volodimir Zelenski - möcüzə gözləmirik, onu özümüz yaradırıq
Volodimir Zelenski - möcüzə gözləmirik, onu özümüz yaradırıq

 

Möcüzə gözləmirik, onu özümüz yaradırıq- bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ukraynalıları Milad bayramı münasibətilə təbrik edərkən açıqlayıb.

“Bu günü və bütün gələcək qış bayramlarını mürəkkəb vəziyyətdə qarşılayırıq. Harada olsaq da, bu gün hamımız bir yerdəyik. 24 fevral səhərini birlikdə xatırlayacağıq. Nələrdən keçdiyimizi xatırlayacağıq. Azovstal, İrpen, Buça, Kramatorsk, İzium, Xersonu xatırlayacağıq. Arzuları düşünəcəyik, sevinc hiss edəcəyik və heç vaxt cəsarət azlığı hiss etməyəcəyik. Çoxlu acılardan keçdik və xoş xəbərləri layiqincə qarşılayacağıq. Heç bir kamikadze dronu Milad şəfəqini söndürə bilməz. Biz onun parıltısını hətta yerin altında, bomba sığınacağında görəcəyik. Qəlbləri istilik və işıqla dolduracağıq. Heç bir “Kinjal” raketi ona zərər verə bilməz. Mübarizəmiz dayanmadan davam edəcək. Onun planlaşdırılmış və ya qəzalı söndürülmə təhdid etmir.

Biz Milad mahnılarını həmişəkindən daha böyük sevinclə, generatordan daha yüksək səslə oxuyacağıq. Zülmət qaranlıqda belə, bir-birimizi möhkəm qucaqlamaq üçün tapacağıq və istilik yoxdursa, bir-birimizi qucaqlayaraq isidəcəyik. Bayramlarımızı həmişəki kimi qeyd edəcəyik, həmişəki kimi gülümsəyəcəyik, xoşbəxt olacağıq. Yalnız bir fərq var, biz möcüzə gözləməyəcəyik, onu özümüz yaradırıq”- deyə Zelenski açıqlayıb.