Volodimir Zelenski Milli Təhlükəsizlik Şurasının Ukraynanın Vladimir Putinlə danışıqlar aparmayacağına dair qərarını imzalayıb

17:27, 04.10.2022

 

Ukrayna prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik Şurasının Ukraynanın Vladimir Putinlə danışıqlar aparmayacağına dair qərarını imzalayıb. Müvafiq fərman artıq Ukrayna liderinin saytında dərc olunub.

Prezidentin sərəncamları dərc edildiyi andan qüvvəyə minir. Rusiyanın hazırkı prezidenti ilə danışıqların mümkünsüzlüyündən Təhlükəsizlik Şurasının təqdim etdiyi sənədin birinci bəndində bəhs edilir.

Vladimir Putin sentyabrın 30-da Ukraynanın 4 bölgəsinin hissəsinin ilhaqını elan edib. Həmçinin, sentyabrın 30-da Rusiya prezidenti Ukraynaya danışıqların aparılmasını təklif edib. Həmin gün Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclası keçirilib. Görüşdən sonra Volodimir Zelenski bildirib ki, Putinlə birgə yaşayış barədə razılaşma mümkün deyil və Kiyev Rusiyanın başqa prezidenti ilə dialoq aparacaq.

Oxşar