Volodimir Zelenski - Mən Rəcəb Tayyib Ərdoğanı dəstəyinə və diplomatiyanın yüksək səviyyədə təşviqinə hazır olmasına görə minnətdaram, bizim atəşkəs zərurəti ilə bağlı ortaq baxışımız var
Ukrayna prezidenti Volodimir Zelenski Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında Türkiyədə planlaşdırılan görüşün vacib detallarını müzakirə etdiyini bildirib.
“Onun dəstəyinə və diplomatiyanın yüksək səviyyədə təşviqinə hazır olmasına görə minnətdaram. Bizim atəşkəs zərurəti ilə bağlı ortaq baxışımız var”, – Zelenski sosial şəbəkədə yazır.
Ukrayna prezidentinin bildirdiyinə görə, tərəfdaşların atəşkəs rejiminə nəzarəti təmin etməsi vacibdir.
“Biz Putinlə birbaşa danışıqlara hazırıq. Uzunmüddətli təhlükəsizlik zəmanətlərini təmin etmək üçün Avropada birgə işləməyə davam etməyimiz vacibdir. ABŞ-la daimi təmasda qalacağıq. Prezident Ərdoğan və mən sülhü təmin etmək üçün birgə səylərimizi davam etdirəcəyimiz barədə razılığa gəldik”, – Ukrayna prezidenti qeyd edir.