Volodimir Zelenski - Mən Avropanın Rusiya ilə danışıqlara başlamasının əleyhinə deyiləm, xüsusən də ABŞ-ın Rusiyaya təzyiq göstərdiyi bir vaxtda
Volodimir Zelenski - Mən Avropanın Rusiya ilə danışıqlara başlamasının əleyhinə deyiləm, xüsusən də ABŞ-ın Rusiyaya təzyiq göstərdiyi bir vaxtda

Mən Avropanın Rusiya ilə danışıqlara başlamasının əleyhinə deyiləm, xüsusən də ABŞ-ın təzyiq göstərdiyi və Avropanın təhlükəsizlik zəmanətləri barədə danışmağa başladığı indiki vaxtda, – bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Bloomberg”lə telefonla müsahibəsində bildirib.

Jurnalist Zelenskiyə Avropa liderlərinin Moskva ilə dialoqun bərpası barədə son bəyanatları ilə bağlı sual verib.

Zelenskinin qeyd etdiyi kimi, Rusiya Prezidenti Vladimir Putin bu danışıqların ciddiliyini dərk edirsə, o, Avropanın Rusiya ilə danışıqlarına qarşı deyil.

“Hələ necə olacağını bilməsək də, son mərhələyə doğru irəliləyirik”, – Ukrayna prezidenti qeyd edib.

Məlumat üçün bildirək ki, 19 dekabrda Fransa prezidenti Emmanuel Makron Rusiya prezidenti Vladimir Putinlə dialoqu bərpa etməyin faydalı olacağını bildirib. Dünən isə İtaliyanın Baş naziri Corcia Meloni qeyd edib ki, onun fikrincə, Makron haqlıdır və Avropa İttifaqının Rusiya ilə danışmasının vaxtıdır.