Volodimir Zelenski martın 6-da planlaşdırılan Avropa İttifaqının fövqəladə sammitində iştirak edəcək
Ukrayna prezidenti Volodimir Zelenski martın 6-da planlaşdırılan Avropa İttifaqının fövqəladə sammitində iştirak edəcək.
Zelenski Avropa İttifaqının fövqəladə sammitində şəxsən iştirak edəcək, burada liderlər Ukraynaya dəstəyin davam etdirilməsi və Avropanın müdafiə qabiliyyətinin gücləndirilməsini müzakirə edəcəklər. Sammit martın 6-da Brüsseldə keçiriləcək.
Sammitin hazırlıq işlərində iştirak edən “Evropeiskaya Pravda”nın anonim rəsmi şəxsi qeyd edib ki, Zelenskiyə dəvəti Antonio Kosta göndərib.
“Biz prezident Zelenskinin sammitdə şəxsən iştirak edəcəyinə dair təsdiq aldıq”, – deyə anonim rəsmi şəxs bildirib. O, həmçinin deyib ki, Ukrayna prezidenti iş naharı zamanı Avropa İttifaqına üzv ölkələrin liderləri ilə şəxsən görüşəcək.